11.01.2024

Məktəb psixoloqlarının işə qəbulu prosesinə start verilir

Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.

Psixoloq vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər yanvarın 12-dən etibarən aşağıdakı keçid linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Sənəd qəbulu prosesi yanvarın 24-də başa çatacaq.

Müsabiqə 3 mərhələdən (elektron sənəd qəbulu və sənədlərin yoxlanılması, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

Qeyd edək ki, məktəb psixoloqlarının işə qəbulu ilə bağlı sənəd qəbulu prosesində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

Sənədlərin yoxlanılması prosesi bitdikdən sonra həmin namizədlərlə müsahibə mərhələsinin təşkili nəzərdə tutulur.

 

Qeydiyyat linki: https://ref.az/2LBkT2W


Açar sözlər: ,