Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində laborant, uşaq birliyi təşkilatı rəhbəri, təsərrüfat müdiri (təsərrüfat işləri üzrə direktor müavini), kitabxanaçı (kitabxana müdiri), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və katibə-makinaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 24 yanvar saat 18:00 tarixindən 02 fevral 2024-cü il tarixinədək https://ref.az/2WhFAmp vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti mərhələsinə dəvət ediləcək.
Hər bir namizəd yalnız 1 (bir) vəzifə üzrə qeydiyyatdan keçə bilər. 2 (iki) və ya daha artıq vəzifə üzrə qeydiyyatdan keçən namizədlərin qeydiyyatı yalnız ilk qeydiyyatdan keçdiyi vəzifə üzrə nəzərə alınacaqdır.
Həmçinin katibə-makinaçı (makinaçı) vəzifəsinə işə qəbulla bağlı müraciət edən namizədlər vəzifə üzrə praktiki bilik və bacarıqlarının yoxlanılması məqsədilə birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.
Adıçəkilən vəzifələr üzrə vəzifənin tutulması tələbləri, müsabiqə proqramı və vakant yerlərin siyahısı ilə aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.
Müsabiqədə iştirak üçün tələblər: https://ref.az/Cbewgj
Müsabiqə proqramı: https://ref.az/3viMhkB
Vakant yerlərin siyahısı: https://ref.az/3jym3WT