Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq və strukturuna daxil olan Maliyyə-iqtisadiyyat sektorunun nəzdində fəaliyyət göstərən Ucar və Kürdəmir rayonları üzrə Mərkəzləşdirilmiş mühasibatlığında və həmçinin təsərrüfat istismar qrupunda vakant olan mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. Müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 01 avqust saat 15:00 tarixindən 16 avqust 2024-cü il tarixinədək https://ref.az/kQffLz vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti mərhələsinə dəvət ediləcək.
Hər bir namizəd yalnız 1 (bir) vəzifə üzrə qeydiyyatdan keçə bilər. 2 (iki) və ya daha artıq vəzifə üzrə qeydiyyatdan keçən namizədlərin qeydiyyatı yalnız ilk qeydiyyatdan keçdiyi vəzifə üzrə nəzərə alınacaqdır.
Adıçəkilən vəzifələr üzrə vəzifənin tutulması tələbləri, müsabiqə proqramı və test imtahanının ədəbiyyat siyahısı ilə aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.
Müsabiqədə iştirak üçün tələblər: https://ref.az/2jKSnvw
Müsabiqə proqramı: https://ref.az/AwrLfx
Ədəbiyyat siyahısı: https://ref.az/LHZhFY
GÇH rəhbəri vəzifəsi üzrə vakant yerlərin siyahısı:https://ref.az/2PuxVGN