16.01.2017

Yevlax şəhərində Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib.

15 yanvar 2017-ci il tarixdə Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Yevlax şəhərində də fənn olimpiadalarının I rayon turu keçirilmişdir.

Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən olimpiada da IX, X və XI sinif şagirdləri olmaqla 381 nəfər iştirak etmişdir.

Bu yarışma 8 fənni əhatə etmiş və Təhsil Nazirliyinin Olimpiada qaydalarına etdiyi dəyişikliyə əsasən informatika fənni üzrə yarışma onlayn şəkildə aparılmışdır. İnformatika fənni üzrə onlayn yarışmada isə rayon üzrə 4 şagird iştirak etmişdir.

Şəhər Təhsil Şöbəsinin metodkabinetinin müdiri Xaləddin Niftəliyev fənn olimpiadalarının qaydaları haqqında şagirdlər ətraflı məlumat vermiş və yarışma qaydalara uyğun olaraq şəffaf  şəkildə keçirilmişdir.