15.09.2016

Yevlax Təhsil işçilərininin Sentyabr konfransı keçirildi.

Əvvəlcə şəhər rəsmiləri və təhsil sahəsinin nümayəndələri ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular.

Ulu öndərin adını daşıyan Sarayda tədbiri Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova açdı və ötən tədris ilinin yekunları, qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi.

Məruzəçi ilk olaraq  təhsilə dövlət qayğısından söz açdı. Bildirdi ki, intensiv təhsil islahatları dövrünü yaşayan Azərbaycanda təhsil sahəsində mühüm yeniliklər həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planının icrasına başlanılması ilə müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm verilmiş, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə müasir mexanizmlər yaradılmış, “Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi” aparılmış, “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Təhsil insan kapitalının inkişaf etdirilməsində əvəzsiz rola malik olduğundan bu gün “Yeni təhsil sisteminin formalaşdırılması” əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənedilmişdir.

Z.Məmmədova Dövlət Strategiyasından irəli gələn vəzifələrdən biri kimi 12 illik təhsilə keçidlə bağlı fikirlərə də yer verdi. Qeyd etdi ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq edilməsi Azərbaycanda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm yenilik, uğurlu addımdır. Təhsil Nazirliyinin 24 may 2016-cı il tarixli 351 nömrəli əmri ilə şəhərimizdəki 2,4 və 5 nömrəli tam orta məktəblər ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin sınaqdan keçirildiyi pilot müəssisələr sırasına daxil edilmişdir. Layihə 3 sinifdə 60 nəfər şagirdi əhatə edəcəkdir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim əməyinin stimullaşdırılması, olimpiada və müsabiqələrin keçirilməsi və məktəbdənkənar tərbiyə məsələlərinə də məruzədə ətraflı yer verən natiq bunlarla bağlı kifayət qədər uğurlu fakt- ları da diqqətə çatdırdı.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun vəziyyətinə dair nəticələrin yer aldığı hissə məruzənin ən diqqətçəkən hissələrindən idi. Məruzəçi son 10 ildə ali məktəblərə qəbul sahəsində yüksək göstəricilərə nail olunduğunu vurğuladı. Bildirdi ki, ötən tədris ilində tam orta məktəb məzunlarının sayı 1078 nəfər olmuşdur ki, onlardan 543 nəfəri (50,3 %) ali məktəblərə sənəd vermiş, 281 nəfər ali məktəblərə daxil olmuşdur. Əvvəlki illərin məzunları da nəzərə alındıqda tələbə adını qazananların sayı 316 nəfər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 14 nəfər çoxdur.

Bu sahədəki dinamik inkişafdan söz açan məruzəçi məzunların topladıqları ballara da diqqət çəkərək son illərin nəticələrini müqayisəli şəkildə sadaladı: 2014- 2015-ci dərs ilinin məzunlarından 10 nəfər 600-dən, 24 nəfər 500-dən artıq bal topladığı halda, 2015-2016-cı tədris ilinin məzunlarından 600-dən çox bal toplayanların sayı 20, 500-dən çox bal toplayanların sayı isə 33 nəfər olmuşdur. O da vurğulandı ki, ali məktəblərə qəbulda ən yüksək nəticəni 9 nömrəli tam orta məktəbin məzunları göstərib. 8, 5, 3 nömrəli şəhər, Qoyunbinəsi, Balçılı, Salahlı kənd və Aran qəsəbə 1 nömrəli tam orta məktəblərin məzunları digər məktəblərdən yüksək nəticə göstərib.

Məzunların ali hərbi məktəb və liseylərə qəbulu haqqında da danışan Zərifə Məmmədova son 10 il ərzində hərbi məktəblərə qəbul olunan yevlaxlı məzunların sayının 220 nəfərə çatdığını qeyd etdi və bir təəssüfünü bildirdi: -Bu il C.Naxçıvanski adına hərbi liseyə qəbul ötən ildəkindən az olmuşdur. Bu hal təhsil işçilərini və məktəb rəhbərlərini ciddi narahat etməlidir.

Məruzədə ötən ilin buraxılış imtahanları haqqında da məlumatlara ətraflı yer verildi. Qeyd olundu ki, ötən tədris ilində 9-cu siniflər üzrə 1259, 11- ci siniflər üzrə isə 1078 nəfər şagird buraxılış imtahanlarında iştirak etmişdir. İmtahanın nəticələri bu sahədə də əvvəlki illə müqayisədə yüksək olduğunu göstərdi. Belə ki, 2014- 2015-ci tədris ilində 9-cu siniflər üzrə hər iki fəndən müsbət qiymət alanların sayı 654 (54%), 11-ci siniflər üzrə  hər üç fənndən müsbət qiymət alanların sayı 506 (49%) nəfər idisə, ötən dərs ilində bu rəqəm müvafiq olaraq 1022 (81,1%) və 919 (84,3%) nəfər olmuşdur.

O da vurğulandı ki, 2015-2016-cı dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri əsasında Təhsil Nazirliyi tərəfindən hazırlanmış ümumi təhsil müəssisələrinin reytinq göstəriciləri Şəhər Təhsil Şöbəsinin şura iclasında geniş müzakirə olunmuşdur. Nazirliyin reytinq sıralamasında 1 nömrəli şəhər tam orta məktəbin nəticələrində davamlı irəliləmələrin müşahidə olunması bütün məktəb rəhbərlərinə çatdırılmışdır.

Z.Məmmədova icbari təhsildən, metodiki işlərin təşkilindən də danışdı. Ürək açan faktlarla yanaşı nöqsanların da olduğunu etiraf etdi, qarşıya qoyulan vəzifələrin uğurlu icrasının yolunun bu nöqsanları aradan qaldırmaqdan keçdiyini söylədi:-Açıq etiraf etməliyik ki, məktəblərimizdə təlim-tərbiyənin keyfiyyəti hələ də müasir dövrün tələblərinə cavab vermir. Bəzi məktəb rəhbərləri vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmirlər.Rəhbər işçilər arasında iş bölgüsü aparılmır, hesabatlar vaxtında tələb olunmur, monitorinqlərin gücündən səmərəli istifadə edilmir. Bir sıra məktəb direktorları şagird kontingentinin sabit saxlanmasına laqeyd münasibət göstərir, yuxarı siniflərdə dərsə davamiyyəti normal təşkil edə bilmirlər.

Natiq nöqsanların aradan qaldırılması istiqamətində qarşıda duran vəzifələrdən də danışdı.

Sonra söz Təhsil Nazirliyinin Yevlax 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadəyə verildi. O, yeni yaradılmış qurum olaraq mərkəz haqqında məlumat verdi. Bildirdi ki, 1 aprel 2016-cı ildən fəaliyyətə başlayan mərkəzin işi əsas etibarı ilə maliyyə-təchizat işinə nəzarət və onun mövcud qanunvericiliyə uyğun icra olunması, maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitinin qənaətlə istifadə olunmasından ibarətdir.

Daha sonra  mərkəzin gördüyü işlərdən, gələcək planlardan danışan E.Həsənzadə nitqini toplaşanları yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etməklə bitirdi.

Qaraoğlan kənd tam orta məktəbin direktoru Ağalar Həsənov, 8 nömrəli tam orta məktəbin “Qızıl medal”lı məzunu, tələbə Cavid Əliyev, valideyn Kifayət Quliyeva, Cırdaxan kənd əsas məktəbində ilk müəllimlik fəaliyyətinə başlayan Leyla Alışova  ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışdılar, dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Təhsil Nazirliyinin nümayəndəsi Şükür Qəribov çıxışında təhsilin təşkilinin məzmunu, yeni təlim metodlarının tətbiqi və təlim-tərbiyə işlərinin müasir tələblərə uyğun qurulması ilə bağlı fikirlərini və tövsiyələrini paylaşdı.

Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov konfrans iştirakçılarını yeni dərs ilinin başlanması və qarşıdan gələn “Bilik günü” münasibətilə təbrik etdi, gərəkli işlərində rayonun təhsil işçilərinə uğurlar arzuladı.

Sonra ali məktəblərə  qəbul imtahanlarında yüksək nəticələr əldə edərək tələbə adını qazanmış bir qrup məzuna Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr verildi.

Konfrans ölkə Prezidentinə müraciətin qəbul olunması ilə başa çatdı.