05.03.2020

Təhsil müəssisəsələrində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə TƏLİMAT

Yoluxucu xəstəliklərin qarşısının alınması, kütləvi yoluxma hallarının aradan qaldırılması məqsədilə təhsil müəssisələrinin dezinfeksiya edilməsi və təmizlənməsi olduqca vacibdir. Koronavirus (COVID-19)xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində aşağıdakı profilaktik tədbirlər həyata keçirilməlidir:

 

1. Dezinfeksiya,təmizləmə və sanitariya tədbirləri:

a) Dezinfeksiya tədbirləri yalnız peşəkar mütəxəssislər tərəfindən xüsusi dezinfeksiyaedici preparatlar vasitəsilə aparılmalıdır.Dezinfeksiya zamanı kimyəvi maddələrdən istifadə edilərək ətraf mühitdə olan əşyalar, səthlər və obyektlərdə mikroorqanizmlər məhv edilir.

b) Təmizləməvə sanitariya tədbirləri təhsil müəssisəsinin texniki heyəti tərəfindən aparılmalıdır.Buzaman ətraf mühitdə olan əşya və səthlər mikroblardan, çirklərdən və s. təmizlənilir. Təmizləmə zamanı yuyucu vasitələrdən istifadə edilərək mikroblar səthlərdən fiziki olaraq çıxarılır ki, bu da infeksiyanın yayılma riskiazaldır, həmçinindezinfeksiya tədbirlərinin effektivliyini artırır.

 

2. Dezinfeksiya edilməsi vacib olan sahələr

Mövcud standartın tələblərinə uyğun olaraq təhsil müəssisələrində mövcud təmizləmə və dezinfeksiya zamanıgün ərzində şagird, tələbə və təhsil müəssisəsinin kollektivi tərəfindən təmas edilən əşyalar:

 

-sinif otaqları, auditoriyalar;

-masalar, oturacaqlar;

-qapılar və qapı tutacaqları;

-pəncərə tutacaqları və pəncərə kənarları;

-kompüter klaviaturaları və maus;

-bufetlər, yeməkxanalar;

-dəhlizlər;

-sanitar qovşaq otaqları;

-pilləkan tutacaqları;

-kitabxanalar;

-idman zalları;

- geyinib-soyunma otaqları;

- laboratoriyalar;

-istifadə edilən əyani və texniki vəsaitlər.

 

 

3. Dezinfeksiya işlərinin aparılması qaydası

Dezinfeksiya işlərini aparan personal fərdi mühafizə vasitələri ilə təmin edilir. Dezinfeksiyanın effektivliyini artırmaq məqsədi ilə dezinfeksiya ediləcək səthlər mexaniki şəkildə təmizlənilir, su və yuyucu maddələrlə yuyulur. Daha sonra dezinfeksiyaedici məhluldan istifadə etməklə dezinfeksiya işləri həyata keçirilir. Müəssisələrdə dezinfeksiya məqsədi ilə istifadə edilən maddələrin üzərində olan etiket məlumatlarına istinad edilərək aparılan dezinfeksiya işləri zamanı istifadə ediləcək kimyəvi vasitələrin xüsusiyyətləri nəzərə alınaraq onların təsirediciliyinindavamlılığı təmin olunur. Bu zaman dezinfeksiya aparılan yerdə, kimyəvi vasitənin təsirinin davamlı və effektli olması üçün,hava sirkulyasiyası baş verməməli,qapı və pəncərələrən azı 30 dəqiqə (bu müddət dizinfektantın işlətmə təlimatında qeyd olunur) müddətində kip bağlanmalıdır. Daha sonra otaqların havası dəyişdirilməli, səthlər təmiz nəm əski ilə silinməlidir. Dezinfeksiya tədbirləri aparılan zaman həmin otaqda qida məhsulları, içməli su və s. olmamalıdır. Dezinfeksiya tədbirlərindən hansı müddət keçdikdən sonra həmin sahələrdən istifadə edilməsi bilavasitə istifadə edilən kimyəvi vasitələrin təlimatında göstərilir.Dezinfeksiya zamanı istifadə olunan vasitələr üzərində olan etiket təlimatlarına həm dezinfeksiya edənlər, həm də təhsil müəssisələri tərəfindən ciddi əməl edilməlidir. 

a) Dezinfeksiyanı həyata keçirənpersonal fərdi mühafizə vasitələrindən istifadə etməlidir.Fərdi mühafizə vasitələrinə daxildir:

  • Eynək;
  • Əlcək;
  • Xalat və ya xüsusi geyim (steril olmayan, su keçirməz və uzun qollu);
  • Tibbi maska;
  • N95/FFP2 və ya N99/FFP3 maska;
  • Üz qoruyucu;
  • Maye sabun;
  • Spirt tərkibli antiseptik əl təmizləyicisi və s.

​b) Dezinfeksiya zamanı dezinfeksiyaedici məhlul dezinfektantın üzərindəki təlimata uyğun hazırlanmalıdır. Dezinfeksiyaedici maddələrə həssas olan səthlər üçün 70%-li etanol (spirt) istifadə edilə bilər.

 

4. İstifadə ediləndezinfeskiyaedici maddələr

Koronavirusa qarşı mübarizədəhəyata keçirilən profilaktik tədbirlərzamanı istifadə edilən dezinfeksiyaedici maddələr viruslara qarşı effektiv təsirə malik olmalıdır. Bu cür preparatlar siyahısına Avropa ölkələrində daha çox istifadə olunan Softa-man, Softasept C, Meliseptol, Geksavart, Stabimed və Helimatik aiddir. Bunlar olmadığı təqdirdə, aşağıdakı vasitələrlə dezinfeksiyanın həyata keçirilməsi vacibdir:

a.Natrium hipoxlorit - 0,05  və 0,1%;

b.Benzalkonium xlorid - 1%;

c.Xlorheksidin biqlükonat - 1%;

2-benzil xlorfenol – 2%;

d.Surfanios Premium;

e.Sufa safe;

f.Aniospray quick;

h.Lizofarmin;

i.AHD və s.

 

5. Təhsil müəssisələrində gündəlik təmizləmə və sanitariya işlərinin aparılması:

Təhsil müəssisəsinin texniki heyəti tərəfindən növbəlilikdən, məşğələlərin intensivliyindən asılı olaraq təmizlik və sanitatariya işləri aparılmalıdır.Təmizlik işləri məişətdə işlədilən təmizləyici vasitələrdən (sabun, yuyucu vasitələr və s.) istifadə edilərək həyata keçirilməlidir. Təmizlik işləri gün ərzində tədris prosesindən əvvəl və bütün mümkün hallarda fasilələrdə aparılmalı, yoluxma hallarının qarşısının alınması məqsədilə intensivliyi artırılmalıdır.

Təmizlik işləri aparılarkən gündəlik təmas olunan sinif otaqları, auditoriyalar, masalar, oturacaqlar, qapılar və qapı tutacaqları, pəncərə tutacaqları və pəncərə kənarları, kompüter klaviaturaları və maus, bufetlər, yeməkxanalar, dəhlizlər, sanitar qovşaq otaqları, pilləkan tutacaqları, kitabxanalar, idman zalları, geyinib-soyunma otaqları, laboratoriyalar, istifadə edilən əyani və texniki vəsaitlər əhatə edilməlidir.


Açar sözlər: ,