01.06.2022

"1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib

1 iyun 2022- ci il tarixində Mərkəzi Aran Regional Təhsil idarəsinin Ucar rayon təhsil sektorunun təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrin iştirakı ilə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin Ucar rayon sektorunun müdiri Rauf Məmmədov, sektorun əməkdaşları iştirak ediblər.

 

Qonaqların iştirakı ilə sərgiyə baxış keçirilmiş, istedadlı uşaqların ifasında müxtəlif rəqslər, kompozisiyalar nümayiş olunmuşdur.