Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

        

1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilsin.

2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.                       

 

 Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

21 sentyabr 2018-ci il

F-658


Əlavə:

 

Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2018-2019-cu dərs ilinə aid tədris planları

 

Tədris planına dair qeydlər