Respublika fənn olimpiadalarının nəticələri barədə haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

2018/2019-cu tədris ili üzrə həyata keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının nəticələrinin elan edilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. 2018/2019-cu tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (nəticələrin siyahısı əlavə olunur).

2. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin çoxaldılıb aidiyyəti struktur qurum və bölmələrə, yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını, eyni zamanda “Azərbaycan müəllimi” qəzetində və Təhsil Nazirliyinin internet səhifəsində dərc edilməsini təmin etsin. 

Əsas: Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini N.Hüseynovanın 04.06.2019-cu il tarixli 1-06-3953 nömrəli təqdimatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

10 iyun 2019-cu il

F-368


 

Əlavə:

 

2018/2019-cu tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri