05.09.2016

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb.

Ətraflı
31.08.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Ətraflı
11.07.2016

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
05.07.2016

Zərif məxluqun pəhlavan gücü...

O, tanınmış qız pəhləvanlarımızla birgə öz peşəkarlığını artırır və böyük yarışlara hazırlaşır. Birgül xanım bu səviyyəyə keçmiş SSRİ-nin idman ustası Tofiq Tağıyevin səmərəli məşqçilik fəaliyyəti sayəsində çatıb. Güc toplayıb, texniki kombinasiyalar  işlətməyi, döşək üzərində rəqibi ram etməyi öyrənib. Məhz bu göstəriciliərinə görə qruplararası, rayon və zona birinciliklərində qalib adını qazanıb. Son nəticədə respublika yığma komandasının tərkibinə dəvət olunub.

Ətraflı
05.07.2016

Vətənə layiqli oğul gərəkdir!

Şəhər 4 nömrəli məktəb şəhid məzunu Qənbər Məhərrəmovun adını daşıyır. Ümumilikdə isə şəhid məzunlarımızın sayı 16-dır. 

Ətraflı
30.06.2016

Sağlam həyat tərzi cəmiyyətin əsasıdır. 

Xaldan kənd kompleks tam orta məktəbində Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası Rayon Polis Şöbəsi ilə birgə 26- iyun BMT-nin narkotiklərlə mübarizə gününə həsr olunmuş tədbir keçirib

Ətraflı
27.06.2016

Şəhər 5 nömrəli tam orta məktəbdə hesabat yığıncağı keçirildi.

2015-2016-cı tədris ili də başa çatmasına baxmayaraq Şəhər 5 nömrəli tam orta məktəbdə yola salınmış tədris ilinin mənzərəsini bir daha gözdən keçirmək, görülmüş işlərdən danışmaq, gələcək planlar barədə fikir mübadiləsi aparmaq idi. Bir qədər də konkretləşdirsək,  məktəb direktorunun ənənəvi hesabat yığıncağı keçirilirdı.

Ətraflı
23.06.2016

Buraxlış imtahanları keçirildi.

İyunun 21-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay regional bölməsinin əhatə etdiyi 6 rayonda yerləşən orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil olunmuşdur.

Ətraflı
22.06.2016

Yevlaxlı cüdoçular Gürcüstandan uğurla qayıdıblar 

Yevlax uşaq gənclər idman məktəbinin cüdo bölməsinin yetirmələri iyunun 8-dən 10-dək Gürcüstanın Sarsxeliya şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak ediblər.

Ətraflı
20.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

İyunun 20-də təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Ətraflı
17.06.2016

Ayrılıb gedirik doğma mektebden..

3 nömrəli tam orta məktəbdə son zəng tədbiri  məzunları təbrikə gəlmiş qonaqlarla  şən musiqi sədaları altında edilən bu rəqslə daha yaddaqalan oldu.

Ətraflı
17.06.2016

Kədər və sevinci bir arada yaşadıq

1 nömrəli tam orta məktəbdə ilin Son Zəng tədbirini məktəbin direktoru Xalidə Əzizova açaraq vurğuladı ki, Azərbaycanda təhsilin inkişafı dövlət başçısının fəaliyyətinin başlıca prioritetidir. Ölkədə təhsilə, gənclərin hərtərəfli inkişafına yüksək səviyyədə önəm verilir, təhsil millətin gələcəyi olduğu kimi, siz gənclər də Azərbaycanın gələcəyisiniz.

Ətraflı
16.06.2016

Kövrək anlar yaşandı.

Şəhərimizin qabaqcıl təhsil ocaqlarından sayılan 5 nömrəli tam orta məktəbdə Son Zəngə böyük həvəs və sevinc içində hazırlaşmaşdılar.

Ətraflı
16.06.2016

Şəhər 9 nömrəli tam orta məktəbdə Son Zəng tədbiri təntənəli şəkildə qeyd olundu.

Şəhərimizin qocaman təhsil  ocaqlarından biri olan  9 nömrəli tam orta məktəbdə də Son Zəng tədbiri məzunların və iştirakçıların ürəyincə təşkil olunmuşdu.

Ətraflı
16.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Ətraflı