Bu il XI sinif üzrə 88 591 şagird məzun olub
2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.
ƏtraflıTəhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
ƏtraflıYevlax rayonunu təmsil edən idmançılarımız çempion oldu.
Yarışlarda Uşaq Gənclər İdman məktəbinin idmançıları Paşa Həmidovun, Tofiq Tağıyevin, Samir Həmzəyevin, Vüsal Məcnunovun, Saleh Talıbovun yetirmələri, perspektivinə hədsiz inamları olan güləşçilər rayonumuzun idman şərəfini qorumağa müvəffəq olublar.
Ətraflı“Dövlət Sərhədi müqəddəs və toxunulmazdır!” mövsuzunda inşa yazı müsabəsi keçirilmişdir.
Yevlax Şəhər Təhsil Şöbəsi ərazidə yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi ilə birgə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci il dönümü münasibətilə “Dövlət Sərhədi müqəddəs və toxunulmazdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
ƏtraflıMüəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb
Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.
ƏtraflıŞəhər 5 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb əlaqələri” mövzusuna həsr edilmiş konfrans keçirildi.
31.05.2016- ci il tarixində S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb əlaqələri” mövzusuna həsr edilmiş konfrans keçirildi.
ƏtraflıGİMİD İB növbəti tədbirini Yevlaxda keçirdi
26 May 2016-cı il tarixindəYevlax rayonu Xaldan kənd tam orta məktəbində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əsl İslam və İslamafobiya” adlı maarifləndirici tədbirlərin təşkili adlı layihəyə start verdi.
Ətraflı“İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi” mövzusunda tədbir keçirildi.
25.05.2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi” mövzusunda tədbir keçirildi.
ƏtraflıNarkomaniya və QİÇS-ə həsr olunmuş tədbir keçirilmişdir.
27.05.2016- cı il tarixdə şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə “Feniks” Sağlam Həyat Təbliği” İctimai Birliyinin təşkilatçılığı və yerli İcra Hakimiyyətinin dəstəyi ilə narkomaniya və QİÇS kimi zərərli vərdişlərin və xəstəliklərin yeniyetmələr, gənclər, xüsusən də yuxarı sinif şagirdləri arasında yayılmasının qarşısını almaq məqsədilə “Gələcək vətənpərvər və sağlam gənclərindir” adlı maarifləndirici tədbir keçirmişdir.
Ətraflı"Güclü işıqlandırmanın canlılara təsiri" mövzusunda ekskursiya təşkil edildi.
23.05.2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin həyətində biologiya fənni üzrə Hüseynova Fərqanə müəllimənin rəhbərliyi ilə "Güclü işıqlandırmanın canlılara təsiri" mövzusunda ekskursiya təşkil edildi
Ətraflı“Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika yarışının zona turu keçirilmişdir.
26 May 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Yevlax Regional bölməsində “Gənc xilasedici və yanğınsöndürən” V ümumrespublika yarışının zona turu keçirilmişdir.
ƏtraflıTəmayül məktəblərin şəbəkəsi genişləndirilib
2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.
ƏtraflıTəhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 26 may 2016-cı il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.
ƏtraflıTəhsil naziri Kolumbiya Respublikasının müvəqqəti işlər vəkilini qəbul edib
Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib.
ƏtraflıYeni layihə təqdim olunub
Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib.
Ətraflı